Millimizin üzvü İspaniyada klubunu dəyişdi

Futbol 12.08.2019 13:06
Millimizin üzvü İspaniyada klubunu dəyişdi
371 Dəfə oxunub
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatının I Divizonunda çıxış edən “Alkorkon”u tərk edib.

“Marca” nəşrinin verdiyi xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi “Albasete”yə keçib. Onun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub. İsrafilovun yaxın vaxtlarda ictimaiyyətə rəsmən təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən keçib.

Milli üzvü daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib.