“Qarabağ” - APOEL matçına nə qədər bilet satılıb?

Futbol 12.08.2019 18:17
“Qarabağ” - APOEL matçına nə qədər bilet satılıb?
1297 Dəfə oxunub
Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin verdiyi xəbərə görə, artıq biletlərin 24 mindən çoxu satılıb. Oyun gününə qədər bu göstəricinin artması gözlənilir.

Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:30-da start veriləcək və "CBC Sport"la canlı yayımlanacaq.

Komandalar arasındakı ilk matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.