"Parma"nın sabiq futbolçusu "Zirə"yə keçir

Futbol 13.08.2019 11:43
"Parma"nın sabiq futbolçusu "Zirə"yə keçir
1593 Dəfə oxunub
Peru millisinin sabiq müdafiəçisi Alvaro Ampuero karyerasını Azərbaycanda davam etdirə bilər.

Peru mətbuatının verdiyi xəbərə görə, ölkəsində "Munisipial" klubunun formasını geyinən futbolçu "Zirə" ilə anlaşıb. Detallar açıqlanmasa da, tərəflər arasında artıq müqavilə imzalandığı vurğulanıb.

27 yaşlı sol cinah müdafiəçisi İtaliyada "Parma", "Padova" və "Salernitana"nın da formasını geyinib. 2012-2013-cü illərdə Peru millisinin heyətində 9 oyunda meydana çıxmış Alvaro Ampuero ötən ilin yanvarından "Munisipial"ın uğurları üçün çalışır.

Qeyd edək ki, "Zirə" buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, Boyan Zaqoviç, Miloş Bakraç, Soni Norde və Anastasios Papazoğlunu heyətinə qatmışdı.