“Neftçi” bu gün “Bney Yehuda” ilə qarşılaşacaq

Futbol 15.08.2019 11:21
“Neftçi” bu gün “Bney Yehuda” ilə qarşılaşacaq
481 Dəfə oxunub
“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsarildə “Bney Yehuda” ilə üz-üzə gələcək. Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2.

“Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Petah Tikvadakı “Ha Moshava” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00. “Bney Yehuda” – “Neftçi”
Baş hakim: Daniele Doveri
Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo
Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)
Petah Tikva, “Ha Moshava” stadionu