Zidan "Real"ı tərk edə bilər

Futbol 15.08.2019 15:58
Zidan "Real"ı tərk edə bilər
851 Dəfə oxunub
Böyük ümidlərlə yenidən Madrid “Real”ının baş məşqçi vəzifəsinə gətirilən Zinəddin Zidanla klub rəhbərliyi arasında gərginlik yaranıb.  

İspaniya mətbuatının verdiyi xəbərə görə, buna səbəb fransız mütəxəssisin A planı sayılan Pol Poqbanın “Real”a mümkün transferinin baş tutmamasıdır. Yoldaşlıq görüşlərindəki uğursuz nəticələr də klub prezidenti Florentina Perezin qəzəbinə səbəb olub.

Zidan 2016-2018-ci illər aralığında Madrid təmsilçisini çalışdırıb və bu müddətdə 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olmağı bacarıb.