"Qarabağ"ın "Linfild"lə oyunlarının vaxtı dəqiqləşdi

Futbol 16.08.2019 11:13
"Qarabağ"ın "Linfild"lə oyunlarının vaxtı dəqiqləşdi
1430 Dəfə oxunub
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Şimali İrlandiya klubu ilə görüşlərin başlama saatı açıqlanıb.

Avqustun 22-i, Belfastda, “Vindsor Park”da keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Avqustun 29-da Bakıda təşkil olunacaq cavab matçı isə saat 20:00-da start götürəcək və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.