"Neftçi" "Sabah"a qarşı

Futbol 19.08.2019 14:22
"Neftçi" "Sabah"a qarşı
199 Dəfə oxunub
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu başa çatır. Açılış turunun son oyununda "Neftçi" "Sabah"ı qəbul edəcək.

Tərəflər arasında keçirilən bütün oyunlarda "ağ-qaralar" qələbə qazanıb. “Sabah” səfərdə qol vurmayıb.

Qeyd edək ki, ilk 3 oyunda "Keşlə" evdə "Qarabağ"a, "Zirə" səfərdə "Səbail"ə 0:1, "Qəbələ" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.

Azərbaycan Premyer Liqası

I tur

19 avqust

20:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.