"Neftçi" "Zirə"yə qarşı

Futbol 26.08.2019 10:08
"Neftçi" "Zirə"yə qarşı
281 Dəfə oxunub
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək.

"Zirə" komandası evdə "Neftçi"ni qəbul edəcək. FIFA referisi Rəhim Həsənovun idarə edəcəyi görüş saat 19:00-da başlanacaq.

Hər iki kollektiv çempionata qələbəsiz start verib. "Zirə" səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzub, "Neftçi" isə evdə "Sabah"la heç-heçə edib - 1:1.

Qeyd edək ki, II turun əvvəlki 3 qarşılaşmasında "Səbail" səfərdə "Sumqayıt"ı, "Qarabağ" "Qəbələ"ni darmadağın edib - 3:0. "Sabah" isə öz meydanında "Keşlə"yə uduzub - 0:1.