"Qarabağ" "Linfild"lə üz-üzə

Futbol 29.08.2019 13:45
"Qarabağ" "Linfild"lə üz-üzə
2110 Dəfə oxunub
“Qarabağ” bu gün avrokubokda növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu “Linfild”i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya)
Baş hakim: Sergey İvanov
Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu