Çempionlar Liqası: qrup mərhələsinin püşkü atıldı

Futbol 29.08.2019 21:27
Çempionlar Liqası: qrup mərhələsinin püşkü atıldı
1115 Dəfə oxunub
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Monakoda təşkil olunan mərasimdə qitənin ən güclü 32 komandası 8 qrupa bölünüb.

Qrup mərhələsinin təqvimi də artıq bəllidir. Oyunlar 17/18 sentyabr, 1/2 oktyabr, 22/23 oktyabr, 5/6 noyabr, 26/27 oktyabr və 10/11 dekabrda keçiriləcək.

Qrupda ilk iki yeri yeri tutacaq komandalar 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu
PSJ (Fransa)
“Real” (İspaniya)
“Brügge” (Belçika)
“Qalatasaray” (Türkiyə)

B qrupu
“Bavariya” (Almaniya)
“Tottenhem” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)

C qrupu
“Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Atalanta” (İtaliya)

D qrupu
“Yuventus” (İtaliya)
“Atletiko” (İspaniya)
“Bayer” (Almaniya)
“Lokomotiv” (Rusiya)

E qrupu
“Liverpul” (İngiltərə)
“Napoli” (İtaliya)
“Zalsburq” (Avstriya)
“Genk” (Belçika)

F qrupu
“Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“İnter” (İtaliya)
“Slaviya” (Çexiya)

G qrupu
“Zenit” (Rusiya)
“Benfika” (Portuqaliya)
“Olimpik” (Lion, Fransa)
“Leypsiq” (Almaniya)

H qrupu
“Çelsi” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Valensiya” (İspaniya)
“Lill” (Fransa)