"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşir

Futbol 30.08.2019 11:17
"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşir
1269 Dəfə oxunub
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Monakoda Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə 48 klub 12 qrupa bölünəcək. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidi.

Çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşəcək.

“Qarabağ” əmsalına görə 3-cü səbətə düşüb. Tədbir "CBC Sport"la canlı yayımlanacaq.

Qeyd edək ki, sentyabrın 19-da başlayacaq qrup mərhələsinin oyunları dekabrın 12-də yekunlaşacaq.

Avropa Liqası

Qrup mərhələsi

I səbət

“Sevilya” (İspaniya)
“Arsenal” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Roma” (İtaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Dinamo” (Kiyev, Ukrayna)
“Beşiktaş” (Türkiyə)
“Bazel” (İsveçrə)
“Sportinq” (Portuqaliya)
ÇSKA (Rusiya)
“Volfsburq” (Almaniya)
“Latsio” (İtaliya)

II səbət

PSV (Hollandiya)
“Krasnodar” (Rusiya)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
“Braqa” (Portuqaliya)
“Gent” (Belçika)
“Borussiya” (Mönhenqladbax, Almaniya)
“Astana” (Qazaxıstan)
“Yanq Boyz” (İsveçrə)
“Ludoqorets” (Bolqarıstan)
APOEL (Kipr)
“Ayntraxt” (Almaniya)

III səbət

“Sent-Etyenn” (Fransa)
“Qarabağ” (Azərbaycan)
“Feyenoord” (Hollandiya)
“Xetafe” (İspaniya)
“Espanyol” (İspaniya)
“Mölde” (Norveç)
“Partizan” (Serbiya)
“Standard” (Belçika)
“Vulverhempton” (İngiltərə)
“Renn” (Fransa)
“Rusenborq” (Norveç)
“Başakşəhər” (Türkiyə)

IV səbət

“Alkmar” (Hollandiya)
“Aleksandriya” (Ukrayna)
“Düdelanj” (Lüksemburq)
LASK (Avstriya)
“Volfsberq” (Avstriya)
“Luqano” (İsveçrə)
“Ferentsvaroş” (Macarıstan)
“Trabzonspor” (Türkiyə)
“Slovan” (Slovakiya)
ÇFR (Rumıniya)
“Vitoriya” (Portuqaliya)
“Reyncers” (Şotlandiya)