Uels - Azərbaycan görüşünün hakimləri müəyyənləşdi

Futbol 03.09.2019 13:06
Uels - Azərbaycan görüşünün hakimləri müəyyənləşdi
460 Dəfə oxunub
Uels və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup matçı üçün bütün təyinatlar açıqlanıb.

Qarşılaşma Maltadan olan hakimlər briqadasına tapşırılıb. Referi Trustin Farruciya Kanna yan xətt hakimləri Alan Kamilyeri və Luke Portelli kömək edəcək. Alan Mario Sant isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Finlandiyalı Jouni Hutia hakim-inspektor, İsveçli Kristian Valendar isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.