Türkiyə qrup lideri oldu, Ronaldu pokerə imza atdı

Futbol 11.09.2019 09:28
Türkiyə qrup lideri oldu, Ronaldu pokerə imza atdı
838 Dəfə oxunub
AVRO-2020-nin seçmə qrup mərhələsində VI tura yekun vurulub. Sonuncu görüş günündə A, B və H qruplarında oyunlar keçirilib. Azarkeşlər ümumilikdə 7 qarşılaşmaya şahidlik ediblər.

Diqqət çəkən qarşılaşmalardan biri A qrupunda olub. 8 qolun qeydə alındığı qarşılaşma İngiltərə millisi Kosovanı 5:3 məğlub edib. Türkiyə millisi isə Moldova ilə oyunda 3 xalı 4 cavabsız qolla əldə edərək qrup lideri olub.

AVRO-2020-nin seçmə mərhələsi

VI tur

10 sentyabr

A qrupu

Monteneqro – Çexiya 0:3
Qollar: Suçek, 54. Masopust, 58. Darida, 90+5-pen.

İngiltərə - Kosovo 5:3
Qollar: Sterlinq, 8. H.Keyn, 19. Voyvoda, 38-öz qapısına. Sanço, 4; 45+1 – Berişa, 1; 49. Muriqi, 55-pen.

B qrupu

Lüksemburq – Serbiya 1:3
Qollar: Turpel, 66 – Mitroviç, 36; 78. Radonyiç, 55.

Litva – Portuqaliya 1:5
Qollar: Andriuskeviçyus, 28 – Ronaldo, 7-pen; 65; 76. Setkus, 62-öz qapısına. Karvalyo, 90+2.

H qrupu

Moldova – Türkiyə 0:4
Qollar: C.Tosun, 37; 80. D.Türüç, 58. Y.Yazıçı, 88.

Fransa – Andorra 3:0
Qollar: Koman, 18. Lanqle, 52. Ben Yedder, 90+1.

Albaniya – İslandiya 4:2
Qollar: Dermaku, 32. Husay, 52. Roşi, 78. Çikalleşi, 83 – Siqurdsson, 47. Siqtorsson, 58.