Elxan Məmmədov: “Şeydayev Azərbaycan vətəndaşıdır və millidə oynamaq istəyir”

Futbol 14.07.2016 17:18
Elxan Məmmədov: “Şeydayev Azərbaycan vətəndaşıdır və millidə oynamaq istəyir”
1103 Dəfə oxunub
AFFA-nın baş katibi Elxan Məmmədov Ramil Şeydayevin Azərbaycan milli komandasına cəlb edilməsi barədə Rusiyanın məşhur "TASS" xəbər agentliyinə açıqlama verib: “Şeydayev Azərbaycan vətəndaşıdır və millidə oynamaq istəyir. AFFA olaraq bu addımı alqışlayırıq və lazımi sənədləri artıq FİFA-ya göndərmişik. Ali futbol qurumunun qaydalarına görə bir futbolçu milli komandasını dəyişmək istəyirsə özünün və ya onun valideyinlərinin həmin ölkədə doğulması kifayətdir. Ramil Şeydayevin atası isə Bakıda doğulub".

Qeyd edək ki, bir müddət əvvəl Ramil Şeydayev “Zenit”i tərk edərək Türkiyənin “Trabzonspor” klubuna keçmişdi. Daha sonra 20 yaşlı futbolçu Azərbaycan milli komandasında oynamaq üçün AFFA-ya müraciət ünvanlamışdı.