Bakının loqosu təqdim olunacaq

Futbol 30.09.2016 12:03
Bakının loqosu təqdim olunacaq
1253 Dəfə oxunub
Bu gün Avro-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Bakının loqosunun təqdimat mərasimi keçiriləcək. Tədbir Bakı Olimpiya stadionunda olacaq.

AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin də təqdimetmə mərasimində iştirak edəcək.

Bakıda Avropa çempionatının 4 oyunu keçiriləcək. Bunlardan 3-ü qrup mərhələsinin görüşü, biri isə 1/4 final qarşılaşması olacaq.