İslamiada: Üç güləşçimiz finalda

Güləş 18.05.2017 13:56
İslamiada: Üç güləşçimiz finalda
754 Dəfə oxunub
İslamiadanın yunan-Roma güləşi yarışlarında mübarizəyə qoşulan Azərbaycanın 4 idmançısından 3-ü finala vəsiqəni təmin edib.

İslam Abbasov (85 kq) yarımfinal mərhələsində Qırğızıstan güləşçisi Azat Beişebekovu mübarizədən kənarlaşdırıb.

Yarımfinalda Özbəkistan idmançısı Mirzobek Raxmatovu məğlub edən Kamran Məmmədov (66 kq) da adını finala yazdırıb.

Yarışda 75 kiloqram çəkidə çıxış edən Elvin Mürsəliyev yarımfinalda Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayevə 3:2 hesabı ilə qalib gələrək qızıl medallar uğrunda mübarizədə iştirak etmək hüququ qazanıb.

Daha bir güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda Özbəkistan təmsilçisinə məğlub olaraq bürünc medal uğrunda xalça üzərinə çıxacaq.

Yarışın ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar. Güləşçilərimiz yarışın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Qızıl medalı yığmamıza 98 kiloqram çəki dərəcəsində yarışan Orxan Nuriyev qazandırıb. Rafiq Hüseynov (80 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) aktivlərinə yazdırıblar.