İslamiada: Sərbəst güləşçilərimiz mübarizəyə qoşulur

Güləş 19.05.2017 10:13
İslamiada: Sərbəst güləşçilərimiz mübarizəyə qoşulur
903 Dəfə oxunub
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start veriləcək. İlk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxacaqlar.

57 kq çəkidə ölkəmizi Mahir Əmiraslanov turnirə 1/4 final mərhələsindən start verəcək. Gənc pəhləvanımız ilk görüşündə Roland Tambi Nforsonqu (Kamerun) məğlub etməyə çalışacaq.

65 kq-da Maqomed Müslimov yarışa 1/8 finaldan başlayacaq. Rəqib Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi olacaq.

74 kq çəkidə mübarizə aparacaq Cəbrayıl Həsənov ilk görüşünü 1/8 final mərhələsində keçirəcək. O, iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirəcək.

97 kq çəkidə ölkəmizi təmsil edən Nurməhəmməd Hacıyev Yusup Melejayevlə (Türkmənistan) güləşəcək.