Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi

Güləş 13.04.2019 17:35
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
331 Dəfə oxunub
Yunan-Roma güləşi üzrə milli komandamızın üzvü Orxan Nuriyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında erməni rəqibini məğlub edib.

97 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/8 finalda Artur Şahinyana qalib gəlib.

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.