Avropa Oyunları: İslam Abbasov gümüş, Şəriəti bürünc medal qazandı

Güləş 30.06.2019 17:53
Avropa Oyunları: İslam Abbasov gümüş, Şəriəti bürünc medal qazandı
214 Dəfə oxunub
Yunan-Roma güləşi üzrə milli komandamızın üzvü İslam Abbasov  II Avropa Oyunlarında gümüş medal qazanıb.

87 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3.

Azərbaycanın daha bir təmsilçisi - 130 kq çəkidə yer alan Sabah Şəriəti bürünc medala sahib olub. O, norveçli Oskar Marviki məğlub edib -3:2