invest

Mehman Əliyev Beynəlxalq Gimnastika Federasiyasında yüksək vəzifəyə seçildi

Gimnastika 19.10.2016 17:14
Mehman Əliyev Beynəlxalq Gimnastika Federasiyasında yüksək vəzifəyə seçildi
617 Dəfə oxunub
Azərbaycan Gimnastika Federasiyasının Beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev Beynəlxaq Gimanstika Federasiyasının (FIG) Apellasiya Tribunalına üzv seçilib. Bu qərar Yaponiyanın paytaxtı Tokioda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının növbəti konqresində qəbul olunub.

Təyinatla bağlı ilk açıqlamanı cbcsport.tv-ə verən Mehman Əliyev təəsüratlarını bölüşüb: "FIG-in Apellasiya Tribunalına seçilməyin mənim üçün böyük şərəfdir. Növbəti 4 il dünyanın bütün federasiyalarının göndərdikləri şikayətlərə baxacağıq. Qeyd edim ki, tribunala cəmi 5 nəfər üzv seçilib. Burada 20-30 il işləyənlər, gimnastikada uzun zaman keçirənlərlə birlikdə mübarizə aparırdım. Şadam ki, mənə etimad göstərdilər. Mən də, öz növbəmdə Azərbaycan Gimnastika Federasiyasını layiqincə təmsil etməyə çalışacam".

Qeyd edək ki, Mehman Əliyev bunadək FIG-in İntizam Komissiyasının üzvü vəzifəsini icra edib.