invest

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyi başa çatıb

Gimnastika 09.11.2016 15:53
Batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyi başa çatıb
719 Dəfə oxunub
Batut gimnastikası və tamblinq üzrə 14-cü Azərbaycan birinciliyi başa çatıb. Əvvəlcə batutçuların fərdi mübarizəsi barədə. Kiçiklərin yarışında, eləcə də balacalar, uşaqlar və böyüklərin mübarizəsində ümumilikdə 34 idmançı bacarığını nümayiş etdirib. Qaliblər iki hərəkətin cəminə əsasən müəyyənləşib. Böyüklər arasında kişilərdə Dmitri Fedorovski 1-ci yeri tutub, ondan azacıq geri qalan Ruslan Ağamirov çempionatı gümüş medalla yekunlaşdırıb. Xanım batutçuların fərdi mübarizəsində isə Sabina Zaytseva 1-ci, Svetlana Makştarova 2-ci nəticə göstərib.
Tamliqçilərin yarışında isə balacalar arasında Abbas Abbasov, İmran Əliyev və Amin Səlimli, həmçinin yeganə xanım iştirakçı Aliyə İsmayılova fərqlənib. Yeniyetmə tambliqçilərin mübarizəsi isə Tofiq Əliyevin qələbəsi ilə başa çatıb. Adil Hacızadə 2-ci, Bilal Qurbanov 3-cü yeri tutub. Gənclər arasında Fərid Mustafayev, böyüklərdə isə Mixail Malkin fərqlənib.

Batut gimnastikası-sinxron yarışına gəlincə, uşaqlarda Nicat Mirzəyev-Maqsud Maqsudov, kiçiklərdə Polad Hasbulatov-Ammar Baxşəliyev, böyüklərdə xanımlar arasında Sabina Zaytseva-Svetlana Makştarova, kişilərdə isə Dmitri Fedorovsk-Ruslan Ağamirov dueti qalib gəlib.