Bədii Gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışları başa çatıb

Gimnastika 22.11.2016 13:23
Bədii Gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışları başa çatıb
506 Dəfə oxunub
Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan Birinciliyi və 3-cü Bölgələrarası Kubokun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

2006-cı il təvəllüdlü gimnastlar arasında Azərbaycan Birinciliyi yarışlarında çoxnövçülük üzrə 35,900 xal ilə birinci yeri Fidan Yusifzadə, ikinci yeri Alina Gözəlova (33,900), üçüncü yeri isə Zəhra Paşayeva (33 bal) tutub.

2007-ci il təvəllüdlü gimnastlar arasında ölkə birinciliyi yarışlarında 1-ci yerdə Fatimə Məmmədzadə (34,100), 2-ci yerdə Mədinə Dəmirova (31,250), 3-cü yerdə isə Mehriban Abdullayeva (30,100) qərarlaşıb.

2008-ci il təvəllüdlü gimnastlar arasında 1-ci yeri Nərminə Bayramova (30,150), 2-ci yeri Məryəm Hüseynova (25,250), 3-cü yeri isə Safura Məmmədli (23,650) qazanıblar. Azərbaycan Birinciliyinin bütün mükafatçıları "Ocaq sport" İdman Klubunun təmsilçiləri olub.

Yarışlarda həmçinin 2006-2008-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları arasında qaliblər müəyyənləşdi. Nəticələrə əsasən, “Ocaq Sport 1” İdman klubu qalib adını, “Ocaq Sport 2” ikinci yeri, “Gömrükçü” komandası isə üçüncü yeri qazandı.

Bölgələrarası Kubok yarışlarında 2006-cı il təvəllüdlü gimnastlar arasında çoxnövçülük üzrə 1-ci yeri 23,100 xalla Leyli Ağazadə (Sumqayıt), 2-ci yeri 21,150 xalla Cənnət Bayramlı (Sumqayıt), 3-cü yeri isə 20 xalla Şəfəq Fərzəliyeva (Gəncə) qazanıb.

2007-ci il təvəllüdlü gimnastlar arasında 1-ci yeri Nənəbacı Şəfiyeva (Qusar, 21,150 xal), 2-ci yeri Məryəm Feyzullayeva (Sumqayıt, 20,300 xal), 3-cü yeri isə Səda Nazyurova (Quba, 19,850 xal) tutub.

2008-ci il təvəllüdlü gimnastlar arasında 1-ci yeri Ayşə Rəcəbli (Sumqayıt, 21,200 xal), 2-ci yeri Leyla Məmmədəliyeva (Kürdəmir, 19,200 xal), 3-cü yeri isə Yulianna Arazova (Qusar, 19,100 xal) qazanıb.

Qeyd edək ki, 2016-cı ilin Bölgələrarası Kuboku, bütün yaş kateqoriyalarında iştirak etdiyinə görə Kürdəmir Olimpiya İdman Kompleksinin komandasına təqdim edildi.

Xatırladaq ki, yarışlar CBC Sport telekanalı vasitəsilə canlı yayımlanıb.