Souza Branson

Bədii gimnastika və aerobika yarışlarında qaliblər müəyyənləşib

Gimnastika 03.12.2016 12:56
Bədii gimnastika və aerobika yarışlarında qaliblər müəyyənləşib
517 Dəfə oxunub
Milli Gimnastika Arenasında keçirilən Bədii Gimnastika üzrə 23-cü Bakı Çempionatı və birinciliyinin, eləcə də Aerobika Gimnastikası üzrə ölkə və paytaxt yarışlarında qaliblər məlum olub. İkinci yarış gününün həlledici mərhələsi CBC sportla canlı yayımlanıb.

İlk olaraq meydan balacalar kateqoriyasına daxil olan gimnastların ixtiyarına verilib. 8 yaşlılar arasınada Nərminə Bayramova bütün rəqiblərindən üstün çıxış edərək 1-ci olub. 9 yaşlılarda Fatimə Məmmədzadə, 10 yaşlıların mübarizəsində isə Zəhra Paşayeva qalib gəlib.

Aerobika gimnastikasına gəlincə, gənclərin fərdi proqramınada Nərminə Hüseynova daha maraqlı kompozisiya ilə çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin mübarizəsində gənclərlər arasında İmran İmranov 18.400 xalla birinci yeri tutub. Emil Quliyev qalibdən cəmi 0,050 xal geri qalıb.
Böyüklərin mübarizəsi isə Vladimir Dolmatovun qələbəsi ilə başa çatıb. Hakimlər onun çıxışını 20.850 balla qiymətləndiriblər. 20.250 xal toplayan Elçin Məmmədov isə ikinci olub.