Azərbaycanlı hakim ən yüksək dərəcəni əldə etdi

Gimnastika 08.12.2016 15:06
Azərbaycanlı hakim ən yüksək dərəcəni əldə etdi
808 Dəfə oxunub
Azərbaycanın Gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə hakim Rza Əliyev Qitələrarası Hakimlik Kurslarında iştirak edərək, ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyası əldə edib. Kurslar Slovakiyanın paytaxtı Bratislavada təşkil olunub.

Beləliklə, bu kateqoriya növbəti Olimpiya dövrü ərzində (4 illik) qüvvədə olacaq.