Durunda karyerasını başa vurdu

Gimnastika 07.06.2017 14:33
Durunda karyerasını başa vurdu
1034 Dəfə oxunub
Azərbaycan milli komandasının gimnastı Marina Durunda karyerasını bitirdiyini açıqlayıb. O,  “İnstagram” hesabında bu barədə məlumat yayıb.

Bədii gimnastika üzrə yığmamızın lideri ona dəstək olanlara təşəkkür edib: “Hər şeyə görə təşəkkür edirəm, səni çox sevirəm, Azərbaycan. Daima qəlbimdə qalacaqsan. Bütün məşqçilərimə, xareoqraflara, həkimlərə və üzərimdə əməyi olanlarla “sağ olsunlar” deyirəm. Siz olmasanız, uğur qazana bilməzdim. Hamınızla ayrı-ayrılıqda görüşüb təşəkkür edə bilmədiyim üçün üzürlü hesab edin. Yenidən görüşmək ümidi ilə”.

Marina ölkə başçısı İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “Ölkə başçısı İlham Əliyevə, xanımı, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevaya təşəkkür edirəm. Ölkədə mənim üçün hər cür şərait yaradılmışdı. Bütün bunları unutmayacam. Sizinlə belə vidanı heç gözləmirdim. Ürəkağrısı ilə gedirəm”.