Miocic Nqannu

Fərid Qayıbova böyük etimad

Gimnastika 03.12.2017 14:35
Fərid Qayıbova böyük etimad
328 Dəfə oxunub
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Həmyerlimiz UEG-in Xorvatiyanın Split şəhərində keçirilən Konqresində bu hüquqa yiyələnib.

Prezident seçkilərində Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolar olub. Səsvermədə 28 nəfər həmyerlimizin lehinə səs verib. Kolar isə 20 nəfərin etimadını qazanıb.

Beləliklə, son illərdə UEG-in vitse-prezidenti olan Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək.