invest

Rio-2016: Oleq Stepko finala vəsiqə qazanıb

Gimnastika 07.08.2016 14:47
Rio-2016: Oleq Stepko finala vəsiqə qazanıb
1417 Dəfə oxunub
Dünən gecə saatlarında Yay Olimpiya Oyunlarında gimnastika yarışlarının çoxnövçülük üzrə təsnifat mərhələsi başa çatıb. Bu yarışlarda ölkəmizi təmsil edən Oleq Stepko və Petro Paxnyuk da təsnifat mərhələsində çıxış ediblər. Avropa Oyunlarının 5-qat mükafatçısı Oleq Stepko çoxnövçülükün yarışlarında 86,208 xal toplayaraq 20-ci yeri tutub və finala çıxıb. Petro Paxnyuk isə 24 finalçı arasına düşməyib və Olimpiada ilə vidalaşıb.