Souza Branson

Mariana Vasilyeva: “Azərbaycanın dəyərləri məni heyrətləndirir"

Gimnastika 05.09.2016 16:37
Mariana Vasilyeva: “Azərbaycanın dəyərləri məni heyrətləndirir"
760 Dəfə oxunub
Azərbaycanın bədii gimnastika üzrə baş məşqçisi Mariana Vasilyeva Bolqarıstan mətbuatına maraqlı açıqlamalar verib. 8 ildir ki, ölkəmizdə çalışan Vasilyeva burada özünü evindəki kimi hiss etdiyini qeyd edib: “Nadir hallarda olur ki, bir ölkədə doğulub, digərində özünü evində hiss edirsən. Azərbaycandan təklif alanda o qədər də getmək istəmirdim, çünki öz Vətənimdə çalışmaq mənim üçün prioritet idi. Bakıya gəldikdə 1,5 il geri qayıtmağı düşünürdüm, amma Tanrı məni çox sevir. Buraya öyrəşdim. Düşünürəm ki, ən yaxşı yerdəyəm.
Ölkəmiz haqqında xoş sözlər deyən bolqarıstanlı mütəxəssis Azərbaycandan heyran olduğunu diqqətə çatdırıb: “Azərbaycanın dəyərləri məni heyrətləndirir. Yaşlı insanlara və müəllimlərə burada çox hörmət edirlər. Azərbaycan özündə Şərq və Qərbin ən yaxşı xüsusiyyətlərini birləşdirib. Bu mənim çox xoşuma gəlir.

Mariana Vasileva federasiya tərəfindən yaradılan şəraitdən və göstərilən etimaddan da danışıb: “Federasiya tərəfindən mənə etimad göstərilir. Mən də Əlimdən gələni edirəm ki, bu etimadı doğruldum. Federasiyamızın prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva qızların çıxışlarını daim izləyir. Azərbaycanda gimnastikaya diqqət dövlət səviyəsindədir. 6 min tamaşaçı tutuma malik Gimnastika Arenası və məktəblər var. İldən ilə gimnastika ilə maraqlanan uşaqların sayı artır. Yaxın zamanda Azərbaycan bu idman növündə daha böyük uğurlara imza atacaq”.