Aerobika üzrə Azərbaycan çempionatı keçiriləcək

Gimnastika 21.09.2016 15:32
Aerobika üzrə Azərbaycan çempionatı keçiriləcək
449 Dəfə oxunub
Oktyabrın 1-də aerobika üzrə Azərbaycan çempionatı keçiriləcək. 31 gimnastın iştirakı ilə təşkil olunacaq yarışlar Heydər Əliyev adına İdman-Konsert  Kompleksində baş tutacaq.

Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə çempionatda “Ocaq Sport” Klubunun nümayəndələri medallar uğrunda mübarizə aparacaqlar.

İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş)  və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə öz çıxışlarını nümayiş etdirəcəklər.

Mənbə: Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı