Bisping Qastelium

İslamiada: Ramin Əzizov qızıl medala sahib oldu

Taekvando 18.05.2017 22:37
İslamiada: Ramin Əzizov qızıl medala sahib oldu
441 Dəfə oxunub
IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına yekun vurulub.

Millimizin isə 4 üzvü dayanq üzərinə çıxıb. Onlardan ikisi Ramin Əzizovla Məhəmməd Məmmədov yarışı fəxri kürsüdə başa vurub. Əzizov qızıl, Məmmədov bürünc medala sevinib.

63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov yarımfinalda qazaxıstanlı Alimjan Serikbayevə 7:8 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.

87 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ramin Əzizov finalda İran təmsilçisi Əhməd Məhəmmədi ilə üz-üzə gəlib. 16:13 hesabı ilə qalib gələn Əzizov yarışın çempionu adına yiyələnib.

Millimiz İslam Həmrəyliyi Oyunlarını 9 mükafatla başa vurub - 6 qızıl, 2 gümüş və 1 bürünc medal.