Champions

Radik İsayev iki qat Avropa çempionu oldu

Taekvando 14.05.2018 12:25
Radik İsayev iki qat Avropa çempionu oldu
357 Dəfə oxunub
Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında komandamız növbəti medalını qazanıb.

87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.