UFC Rua

İslamiada: Voleybol yarışında Azərbaycan - Türkiyə finalı

Voleybol 18.05.2017 09:20
İslamiada: Voleybol yarışında Azərbaycan - Türkiyə finalı
1298 Dəfə oxunub
Bu gün İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulacaq.

“Bakı Kristal Zal”da əvvəlcə bürünc medal uğrunda görüş keçiriləcək. Tacikistan və Qırğızıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da start götürəcək.

Ardından isə yarışın əsas favoritlərindən hesab olunan Azərbaycan millisi qızıl medal uğrunda görüşdə Türkiyə ilə üz-üzə gələcək. Final görüşü saat 19:30-da başlanacaq.