Bisping Qastelium

İslamiada: Millimiz Türkiyəni məğlub edib, İslamiadada 1-ci oldu

Voleybol 18.05.2017 22:15
İslamiada: Millimiz Türkiyəni məğlub edib, İslamiadada 1-ci oldu
2021 Dəfə oxunub
IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulub.

Ardıcıl 4 qələbə ilə finala vəsiqə qazanan milli komandamız  həlledici görüşdə Türkiyə yığması ilə qarşılaşıb. Komandamız qrupda olduğu kimi həlledici oyunda da rəqibinə şans verməyib. Yığmamız 3:1 hesabı ilə qalib gəlməklə, İslamiadanı birinci pillədə başa vurub - 3:1 (25:12, 23:25, 25:20, 25:21).

Bürünc medallar uğrunda matçda isə Qırğızıstan Tacikistandan güclü olub.